Bu gün UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” – “Partizan” oyunu keçiriləcək oyundan öncə azarkeşlərə səslənib.
Newsport.az saytının məlumatına görə, klub azarkeşlərdən xahiş edib ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.
Xatırladırıq ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdır.
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər.