"Simurq"dan daha bir transfer

Transfer çalışmalarını davam etdirən "Simurq", hücum xəttini gücləndirib.
 
Newsport.az saytının məlumatına görə, komanda Sloveniya toplanışında baxışda olan və iki qarşılaşmada fərqlənməyi bacaran Lukas Tresnakla 1+1 sistemi əsasında rəsmi müqavilə bağlayıb. 26 yaşlı gənc futbolçu Zaqatala təmsilçisinin heyətində "9" nömrəli forma geyinəcək. 
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq Lukas Tresnak artıq komanda ilə məşqlərə başlayıb. "Neftçi" ilə oyunda baş məşqçi şans versə yeni transferimiz meydana çıxa biləcək. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right