Mübariz Mənsimovdan müəmmalı təyinat

 

"Xəzər Lənkəran"ın rəisi Səməd Mustafayevin istefaya getməsi barədə məlumat vermişdik.

 

Newsport.az xəbər verir ki, artıq bu postu kimin tutacağı  məlum olub. Səməd Mustafayevin yerinə Qulam Quliyev təyin olunub.

 Futbol sahəsindən uzaq olan Qulam Quliyevin bu vəzifəyə necə təyin olunduğu barədə də məlumat əldə etmişik. Qulam Quliyev bacısının sayəsində bu vəzifəyə gətirilib.

 Belə ki, Quliyevin bacısı Fidan Quliyeva “Pal Media” Şirkətlər Qrupunda baş direktor yardımçısı işləyir və Mübariz Mənsimovun inandığı şəxslərdən hesab olunur.

Mənbə: Publika.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right