Neftçi” bu gün Avropa Liqasının “play off” mərhələsinin cavab oyununda Serbiyanın “Partizan” klubuyla qarşılaşacaq.
Newsport.az xəbər verir ki, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov cavab oyunuyla bağlı fikirlərini səsləndirib: “Çox təəssüf ki, “Partizan” kimi Avropanın məşhur klubu maliyyə problemi ilə üzləşibmiş kimi Serbiya mətbuatında qəsdən gündəmə gətirildi. Həmin vaxt bununla “Neftçi”yə müəyyən psixoloji basqı yaratmağa çalışdılar. Ancaq onların Bakıya çarter reysi ilə gəlməsi, paytaxtımızın ən bahalı otellərindən olan “Hilton”da qalmaları bu klubun maliyyə probleminin olmamasından xəbər verir. Onlar Bakıya 45 klub heyəti, 30 jurnalist və digər nümayəndələrlə gəlib. Serbiyalı jurnalistlər “Qafqaz Siti”də məskunlaşacaq. Belə tox komandanı burdan necə lazımdırsa, əliboş yola salmaq lazımdır. İnşallah, biz buna nail olacağıq”.