Azərbaycan Premyer Liqasının 4-cü turunun "Neftçi" – "Simurq" oyununun keçirilmə yeri və başlama saatı dəyişdirilib.
Newsport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matç avqustun 31-ü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bundan əvvəl qarşılaşmanın 8-ci km qəsəbə stadionunda oynanılması və saat 19:25-də başlanması nəzərdə tutulmuşdu.