Millimizdən daha bir qələbə

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq oyunu keçirib.
 
Newsport.az saytının AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.
 
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right