İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunun “Bakı” – “Qəbələ” matçında “Bakı” klubunun azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunur (maddə 42.7).
Azərbaycan Premyer Liqasının III turunun “Simurq” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin III turunun “Bakı” – “Qəbələ” matçının 33-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Əvəzedici heyətlərin III turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Simurq” klubunun 80 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).