"Sumqayıt" qol həsrətinə son qoydu

“Sumqayıt” “İnter”lə qarşılaşmalardakı qol həsrətinə son qoyub.

Newsport.az saytının məlumatına görə, əvvəlki 8 görüşdə paytaxt təmsilçisinin qapısına bir dəfə də olsun yol tapmayan Aqil Məmmədovun yetirmələri Topaz Premyer Liqasının III turunun görüşündə uğursuz seriyanı qırıb. “İnter”in 5:1 hesabı ilə qalib gəldiyi oyunun 40-cı dəqiqəsində Məhəmməd Qurbanov ilk qola imza atıb. Bu qol “gənclik şəhəri” təmsilçisinin “İnter”lə görüşlərdəki 759 dəqiqəlik qolsuz seriyasının sonu olub.

Qeyd edək ki, “İnter”lə “Sumqayıt” arasında oyunlarda ilk dəfə böyükhesablı nəticə qeydə alınıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right