"Simurq"dan bir ilk

Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”la oyunlardakı uğursuz seriyaya son qoyub.

Newsport.az saytının məlumatına görə, George Çixradzenin yetirmələri Azərbaycan Premyer Liqasının III turunda rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu, “Simurq”un Lənkəran təmsilçisi ilə ev oyunlarında ilk qələbəsi olub. İlk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”ı qəbul edən zaqatalalılar 9 ev oyununda qələbə qazana bilməmişdi. Onuncu cəhdi uğurlu olan “Simurq” öz meydanında keçirdiyi əvvəlki 9 dueldən 5-də heç-heçə etmiş, 4 dəfə uduzmuşdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right