Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Newsport.az saytının məlumatına görə, "Simmering" (Avstriya) klubunun U-16 komandası ilə qarşılaşan yığmamız 7:0 hesabı ilə qələbə qazanıb. Nadir Qasımovun het-trik etdiyi oyunda Elvin İmanlı və Samir Əliyev hərəyə iki dəfə fərqlənib.