"Neftçi" üçün avstriyalı hakimlər

"Neftçi"nin UEFA Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində Bakıda "Partizan"la keçirəcəyi matçın təyinatları açıqlanıb.
 
Newsport.az saytının məlumatına görə, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Həmin təyinatları diqqətinizə çatdırırıq: Hakimlər: Robert Schörgenhofer, Matthias Winsauer, Roland Brandner, Dominik Ouschan (Hakimlər briqadası Avstriyadandır) UEFA nümayəndəsi: Kris Bellon (Belçika) Hakim-inspektor: Michel Vautrot (Fransa) Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlayacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk oyun "Partizan"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right