Aqil Məmmədov: "Bir çox futbolçu komandadan gedəcək" AÇIQLAMA

Topaz Premyer Liqasının 3-cü turunda “Sumqayıt” səfərdə “İnter”ə 1:5 hesabı ilə məğlub oldu.
 
Newsport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Aqil Məmmədov oyundan sonra təşkil olunan mətbuat konfransında bir çox futbolçunu komandadan göndərəcəyini bildirib:
 
“Hesab oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir. Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right