Topaz Premyer Liqasının 3-cü turunda “İnter” doğma meydanda “Sumqayıt”ı 5:1 hesabı ilə üstələdi. Bununla da “İnter” məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırdı.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze topu saxlamaqda komandanın problemi olduğunu bildirib:
“Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”.