Oğuz Çətin: "Rəqibə qarşılıq verə bilmədik" AÇIQLAMA

Topaz Premyer Liqasının 3-cü turunda “Xəzər Lənkəran” Zaqatalada yerli “Simurq”la qarşılaşdı. Rəqibinə 0-2 hesabı ilə məğlub olan cənub təmsilçisi mövsümün 3-cü oyununda da qələbə sevinci yaşaya bilmədi.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Oğuz Çətin növbəti oyunda dönüş edəcəklərini bildirib:
 
“Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi qələbə ilə təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq. Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini qazanacağıq”. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right