Topaz Premyer Liqasının 3-cü turunda “Simurq” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul etdi. Hər hissədə bir qol vuran Zaqatala təmsilçisi yekunda 2-0 hesablı qələbə qazanaraq növbəti 3 xalı aktivinə yazdı.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi George Çixradze çox vacib qələbə qazandıqlarını bildirib:
“Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”.