"Neftçi" gerilədi, "Qarabağ" yerində sayır

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. 
 
Newsport.az saytının məlumatına görə,  Ali Futbol qurumun təşkil etdiyi siyahıda ölkəmizi 7 klub təmsil edir.
Azərbaycan klubları arasında ən yaxşı göstərici də “Neftçi”yə məxsusdur. "Ağ-Qaralar" ötən siyahıya nəzərən 1 pillə irəliləyərək 191-ci siyahıda qərarlaşıb.
 
İkinci pillədə isə "Qarabağ" qərarlaşıb. Ağdam təmsilçisi 220-ci mövqeni özünə təmin edib.
Ölkələr üzrə reytinqdə isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.
 
Komandalarımızın son UEFA reytinqində mövqeyi isə aşağıdakı kimidir:
 
191. “Neftçi” (-1)
220. “Qarabağ” (mövqeyində dəyişiklik olmayıb)
266. “İnter” (mövqeyində dəyişiklik olmayıb)
300. “Xəzər Lənkəran” (+1)
345. “Bakı” (mövqeyində dəyişiklik olmayıb)
373. “Qəbələ” (-3)
374. AZAL (-1)
 
Qeyd edək ki, reytinq cədvəlinə Çempionlar Liqasının son qalibi Madrid “Real”ı başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right