"Oyun yaxşı keçdi. İkinci hissədə biraz yorğunluq hiss olunurdu. Komanda oyununu əks hücumda qurmuşdu.Biz qol vurandan sonra "Bakı"nın oyunu dağıldı. Komanda hələ komplekləşmə dövrünü keçir. Tezliklə özüməzə gələcəyik. Hədəfimiz isə çempionluqdur".
Newsport.az saytına açıqlamasında bu sözləri Ruslan Abışov deyib.
"Qəbələ"nin kapitanı Reynaldonun milli komandada oynamağını çox istədiyini bildirib:
"Əslində bu məsələlərə mən qarışmıram, amma hər kəs kimi istərdim ki, Reynaldo bizim komandada çıxış etsin. O, öz oyunu ilə bizə istəlinən səviyyədə kömək edə bilər".