Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “Qəbələ” səfərdə “Bakı”nın qonağı oldu. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini Viktor Mendi və Ruslan Abışovun oyunun son dəqiqələrində vurduğu qollar həll etdi – 2:0.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunc bu tur daha yaxşı çıxış etdiklərini bildirib:
“Keçən həftə ilə müqayisədə daha yaxşı oynadıq. 80-ci dəqiqəyə qədər olan mübarizədən razıyam. Bu müddət ərzində rəqibə heç bir şans vermədik. Gənc bir komanda olduğumuz üçün səhvlər qaçılmazdır. Təcrübəsizlikdən meydançada tam paylaşa bilmədik. Gənc futbolçuları Azərbaycan futboluna qazandırmağa çalışacağıq”.