"Neftçi" Respublika stadionundan imtina etdi RƏSMİ

Avropa Liqasının play-off mərhələsinin "Neftçi" - "Partizan" qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyə bilər.

Newsport.az saytının məlumatına görə, bu haqqda məlumatı mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə şəxsi "Facebook" səhifəsində jurnalsitlərə açıqlayıb:

"Dəyərli jurnalist dostlarım. "Neftçi" - "Partizan" oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Məlumunuz olsun ki, T. Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən qarşılaşmanın Respublika stadionunda deyil, Bakcell arenada keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək. Anlayışınız üçün təşəkkürlər."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right