“Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev milli komandamızın baş məşqçisi Berti Foqtsun cavabını verib.
Newsport.az saytının verdiyi melumatına görə Hacıyev Futbolxeber.az saytına verdiyi müsahibədə Foqtsun Superkubok oyunun təxirə salınmasından narazı qalmasına belə münasibət bildirib:
“Foqts qardaşdı, ona böyük hörmətim var. Amma mənə elə gəlir ki, hərə öz milçəyini qovsa, daha yaxşı olar. Foqts Özbəkistanla 0:0 oynadı. Oyuna baxmamışam, ona görə də görüşlə haqda anlayışım yoxdu. Amma Foqts nə “Neftçi”nin, nə də “Qarabağ”ın dərdini çəksin. Qoy, oturub milliyə gün ağlasın. Yenə deyirəm, hərə öz işiylə məşğul olsa, yaxşıdı”.