Bertucci "Neftçi"ni ələ saldı

“Çixura”yla oyundan sonra "Neftçi"nin braziliyalı müdafiəçisi Bruno Bertucci komandaya yaraşmayacaq  açıqlamalar verib. Newsport.az xəbər verir ki, Brunoya ünvanlanan "Qalib gələ bilmədiniz. Özünü necə hiss edirsən"  sualına o, “Yaxşı" - deyə cavab verib. Daha sonra "Qələbə qazana bilməmisiniz, necə yaxşı ola bilərsən" sualını isə Bertucci saymazyana olaraq "Hər dəfə qalib gələsi deyilk ki" deyə cavablandırıb.

Meydanda varlığıyla yoxluğy bilinməyən, bütün qarşılaşma boyu top daha çox top itkiləriylə yadda qalan Bertucciyə komanda daxilində bu qədər “hava” veriləndə, onun da danışacağı bax bu cür olmalıdır.

 

Əslində isə Bertuccinin dediyi bu sözlərin jurnalist üçün heç bir pis tərəfi yoxdur. Bizləri təhqir etməyib, artıq bir kəlmə söz deməyib. Onun işlətdiyi bu kəlmələr birbaşa olaraq “Neftçi”ni ələ salması, komandaya saymazyana yanaşması və komandanın uğur qazanıb qazanmamasının onu maraqlandırmadığının göstəricisidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right