Reynaldo "Qarabağ"la müqaviləsini uzatdı

"Qarabağ"ın aparıcı üzvü Reynaldo komandası ilə müqaviləsini yeniləyib.

Newsport.Az xəbər verir ki, tərəflər əməkdaşlığı daha iki il uzadıb.

Yeni müqavilənin şərtlərinə əsasən braziliyalı hücumçu 2017-ci ilin iyun ayına qədər Ağdam klubunun uğurları üçün tər tökəcək. 24 yaşlı futbolçu aparıcı klublardan təklif alsa da, komandamızda qalmağa üstünlük verib.  

Reynaldo keçən il "Anderlext"dən "Qarabağ"a transfer olunub və qısa zaman kəsiyində komandanın əsas parçalarından olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right