Dünən Azərbaycan-Özbəkistan oyunundan sonra maraqlı hadisə yaşanıb.
Newsport.az saytının məlumatına görə, stadionan matçı canlı izləyən əməkdar artistimiz Elza Seyidcahan oyunla bağlı fikirlərini bizimlə bölüşüb:
"Ümumiyyətlə uşaqlıqdan futbol izləmiyi sevirəm. Əvvəllər "Neftçi"nin bütün oyunları izləmişəm. Lakin son illərdə işlərimlə bağlı biraz futboldan kənar düşmüşdüm. Bu günkü oyuna Mahir Şükürovun dəvəti ilə gəlmişəm. Yaxın günlərdə verilişlərin birində o, məni qonaq elədi. Mən də böyük məmnuniyyətlə onun dəvətini qəbul elədim. Komandamızın və rəqibin oyunu çox yaxşı idi. Hər ikisi qələbəyə layiq oyun nümayiş elətdirdi".
Sonda Elza Seyidcahan millimizin üzvü Mahir Şükürova gül buketi hədiyyə edib.