"Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyunöncəsi mətbuat konfransında oyun barəsində fikirlərini jurnalistlərə açıqlayıb.
Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis "Neftçi"nin hörmətə layiq komanda olduğunu bildirib:
"Üzərimizdə təzyiq yoxdur, hər şey qaydasındadır. Daha öncə məqsədimizin Avropa Liqasının qrup mərhələsinə düşmək olduğunu söyləmişdim. Futbolçular meydana çıxıb özləri və "Partizan" üçün oynamalıdırlar. "Neftçi" ilə bizi çətin oyun gözləyir. Uğurlu seriyanı davam etdirmək istəyirik. Təəssüf ki, Çempionlar Liqasında "Ludoqorets" səddini keçə bilmədik. Ancaq indi Avropa Liqasının qrup mərhələsində oynamaq şansımız var. Rəqib hörmətə və diqqətə layiq komandadır. Onların heyətində səviyyəli legionerlər çıxış edir. Rəqibi yaxşı analiz etmişik. Artıq meydanda öz oyunumuzu nümayiş etdirməliyik. Fiziki cəhətdən "Neftçi"ni "Ludoqorets"ə bənzətmək olar. Texniki və sürət baxımından da komandalar arasında müəyyn oxşarlıqlar var. Ancaq oyun üslublarına görə hər iki komanda bir-birindən fərqlənir".