Bu gün futbol üzrə Azərbaycan yığması növbəti oyununa çıxıb.
Newsport.az saytının məlumatına görə, millimiz yoldaşlıq görüşü çərçivəsində Özbəkistanla üz-üzə gəlib. Görüş saat 21:00-da"Bakcell Arena"da start götürüb. Komandaların cəhlərinə baxmayaraq, hesab açılmayıb və görüş başladığı kimi də sona çatıb - 0:0.
Qeyd edək ki, bu qarşılaşma millimizin 2014-cü ildə keçirdiyi üçüncü oyunu olacaq. İlin əvvəlində Dubayda Filippin üzərində qələbə qazanan (1:0) yığmamız ABŞ-la səfər matçında uduzmuşdu (0:2).
Yoldaşlıq görüşü
21:00. AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 0:0
Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan), Ömər Paşayev (Azərbaycan)
“Bakcell Arena”