Nikoliç: “Neftçi” hörmətə layiq komandadı..."

"Bizi çox vacib oyun gözləyir. Fikrimcə, uğurlu nəticə seriyamızı davam etdirəcək, Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək gücdəyik. Təəssüf ki, Çempionlar Liqasında çıxışımız uğurlu alınmadı. Amma biz avrokuboklardakı yolumuza davam edə bilərik".

Newsport.az saytının fanat.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Partizan"ın baş məşqçisi Marko Nikoliç deyib. Bu gün mətbuat konfransı keçirən serb mütəxəssis sabahkı oyunla bağlı danışıb:

"Komandada yaxşı atmosfer hökm sürür. Uşaqların məşqlərdəki çalışmasından xoşum gəlir, hər şeydən razıyam. Biz bu rəqiblə oyunda ən yaxşı keyfiyyətlərimizi göstərməliyik".

“Neftçi” ilə oyun öncəsi yerli jurnalistlərin “Partizan”ın futbolçularının komandadan ayrılacağına dair xəbərlər yazması Nikoliçin xoşuna gəlmiyib:

“Əlbəttə ki, bu məni narahat edir. Ancaq biz istənilən vacib matç öncəsi belə şeylərə öyrəşmişik. Bu, yaxşı hal deyil, lakin reallıqdı və biz belə şəraitdə işləməyə məcburuq. Serbiyada avqustda ən böyük dəyişikliklər baş verir. Bu artıq ənənə halını alıb. Belə şeylər əksinə bizə əlavə motivasiya verir. Bununla belə, özümü üstün hesab edirəm. Ona görə ki, “Partizan”ın və bu oyunçuların baş məşqçisiyəm”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right