"Simurq"un oyunçusu "Neftçi"nin "Partizan"a məğlub olmasını istəyir AÇIQLAMA

 Zaqatala təmsilçisinin “Şerif”dən (Moldova) icarəyə götürdüyü serbiyalı futbolçu Topaz Premyer Liqasını tərifləyib.
 
Newsport.az saytının məlumatına görə, "Simurq"un yeni transferi Marko Stanoyeviç ölkəmizdə futbolun inkişaf etdiyini və idmanın bu növünə çoxlu pullar ayrıldığını bildirib. 
 
26 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Partizan” və “Neftçi” arasında keçiriləcək görüşlərdən də danışıb. Serbiyalı futbolçu "Partizan"ın əzəli rəqibi olmağına baxmayaraq "Neftçi" üzərində qələbə qazanmasını istəyir:
 
“Partizan”la görüşlə bağlı burda geniş müzakirələr aparılır, ancaq Serbiyadakı kimi gərginlik yoxdu. "Neftçi” Azərbaycanın ən böyük klublarından biridi. “Partizan”a asan olmayacaq. Baxmayaraq ki, “Partizan” əzəli rəqibimiz olub, ancaq biz bu komandaya “Neftçi” haqqında məlumat toplamaqda kömək edəcəyik”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right