"İnter"in futbolçusu Elvin Məmmədov UEFA Avropa Liqasının play-off mərhələsinin "Qarabağ"-"Tvente" oyununu dəyərləndirib.
Newsport.az saytının məlumatına görə, "Qarabağ"ın sabiq üzvü yeni "Tvente" haqqında məlumatı olmadığını bildirib:
“Açığı, indiki “Tvente” barədə məlumatım yoxdur. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı. İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidir. Bu məqamları nəzərə almaq lazımdır.
“Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”.