“Qarabağ”ın sabiq futbolçusu Ayxan Abbasov “Qarabağ” – “Tvente” matçını dəyərləndirib.
Newsport.az saytının məlumatına görə, hazırda Ağdamlıların U-17 komandasının baş məşqçisi Qurban Qurbanovun yetirmələrinin istəlinən komandaya qol vura biləcəyini bildirib:
“2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı. İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür. “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidir. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan problemi yoxdur. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdır”.