"Sumqayıt" Futbol Klubunun akademiyası idman direktoru Frank Bernhardtın rəhbərliyi ilə 2014/2015 mövsümünə hazırlığını davam etdirir.
Newsport.az saytının məlumatına görə, aşağı yaş qrupları məşqlərlə yanaşı yoxlama oyunları keçirməkdədir. Belə ki, 17 yaşadək futbolçulardan ibarət komandamız "Neftçi" üzərində 2:0 hesablı qələbə qazanıb. U-17 bundan əvvəl "Qarabağ"ı məğlubiyyətə uğratmışdı (2:1).
U-16 komandamızda yoxlama oyununda qələbə qazanıb. Komandamız "Neftçi"ni 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. U-15 isə AZAL-dan üstün olub (4:1).