Rəqibini təhqir edən Dodo 3 oyunluq cəzalandı

AFFA Premyer Liqasının 2-ci turunda baş vermiş müəyyən hadisələrə görə, bəzi oyunçuları cəzalandırıb.

Newsport.az saytının məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 38-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının II turunun “Nefçi” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Əvəzedici heyətlərin II turunun “Simurq” – AZAL matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin II turunun “Qəbələ” – “Araz Naxçıvan” matçının 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Luis Paulo Hilario rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right