Meza Kolli: "Qarabağ" çox güclü idi" MÜSAHİBƏ

"İnter"in paraqvaylı hücumçusu Sezar Meza Kollinin Newsport.az saytına müsahibəsi
 
 - Premyer Liqanın son turunda "Qarabağ"a qarşı oyunda 1 xal qazandınız. Ümumiyyətlə həmin oyun haqqında fikirlərini bilmək istərdim.
- Oyun çox ağır keçdi. "Qarabağ" çox yaxşı komandadır. Mərkəzdə hücumlarımızın qarşısını aldılar. Lakin oyunda aşkar üstün tərəf yox idi. 
 
- Səncə, isti hava oyunuza təsir etdi?
-Bu gün hava həqiqətən də çox isti idi. Komanda yoldaşlarımı deyə bilmərəm, amma mənə isti təsir etmədi. Çünki mənim ölkəm də bundan da çox isti olan hava şəraitində mübarizə aparmışam.
 
- Artıq son 5 oyundur ki, "Qarabağ"a qalib gələ bilmirsiniz. Buna səbəb nədir ?
- Bu 5 oyunun 4-nü ötən mövsüm oynamışıq. Keçən ildə çempionatın ən güclü komandası elə məhz "Qarabağ" idi. Bu mövsüm isə hələ təzə başlayıb. Hələ onlara qarşı 3 oyunumuz var, əminəm ki, bu seriya gələcək oyunların birində qırılacaq.
 
- Bəs bu mövsümün ən güclüsü siz ola biləcəksəniz ?
- Bütün komanda bunun üçün çalışır. Əsas hədəfimiz çempionluqdur. Buna nail olada bilərik. Çünki 2 tur ərzində 1 qələbə, 1 heçəmiz var. Nəzərə almaq lazımdır.
 
Komandanın bu mövsümün ən güclü olmasının qarşısını alacaq hansı problemi var?
Düşünürəm ki, zədəli oyunçularımızdan başqa heç bir problemimiz yoxdur. Lakin hücumun gücünü artıracaq bir transfer də edilsə, hər şeyin qaydasına düşəcəyinə əminəm.
 
İLKİN Sultanlı




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right