İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası son oyununda Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edərək turniri üçüncü yerdə başa vurub.
Newsport.az saytının AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Amid Nəzərovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Zeynal Zeynalov, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib.