"Qəbələ"nin baş məşqçisinin acı etirafı: "Təəssüf ki, bunu bacarmadıq" AÇIQLAMA

Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz Naxçıvan”la qarşılaşdı. Rəqibini 1-0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümdə ilk qələbəsini qazandı.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu çox çalışaraq qələbə qazandıqlarını bildirib:
 
“Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq. İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəm”. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right