Əsgər Abdullayev məğlubiyyətin səbəbini açıqladı AÇIQLAMA

Topaz Premyer Liqasının 2-ci turunda “Araz Naxçıvan” səfərdə “Qəbələ” ilə qarşılaşdı. Gərgin idman mübarizəsində keçən oyun ev sahibi komandanın minimal hesablı qələbəsi ilə başa çatdı.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Əsgər Abdullayev bəzi epizodlarda səhvlərə yol verdiklərini bildirib:
 
"Qəbələ”ni təbrik edirəm. Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi işlərimiz çoxdur, çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik. Hər iki komanda sona kimi mübarizə apardı. Hər halda, məğlubiyyətlə barışmadığımızı göstərdik”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right