"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni futbolçusu Dieqo Kosta haqqında maraqlı açıqlama verib.
Newsport.az saytının məlumatına görə, “Sky Sport” kanalına danışan portuqaliyalı mütəxəsis Kostanı hələ səkkiz il əvvək Portuqaliyanın “Braqa” klubunda çıxış edəndə kəşf edə bilmədiyə görə, özünü qınayıb:
"Yəqin portuqaliyalı mütəxəsislər onun bacarığını kəşf edə bilməyiblər. Elə mən özüm də kor olmuşam ki, belə möhtəşəm futbolçunun istedadını görməmişəm. O, həmçinin insani cəhətdən də çox yaxşı insandır. Çünki komanda da hamı ilə dil tapıb, əlaqə qurmağa çalışır".