Serbiyanın "Partizan" klubunun futbolçusu Vladimir Volkov zədələnib.
Newsport.az saytı xəbər verir ki, 28 yaşlı müdafiəçi "Radniçki" ilə ölkə çempionatı matçında xəsarət alıb.
Nəticədə o, 40-cı dəqiqədə yerini Nikola Qulana verib. Klubun həkimi Volkovun əzələsində ağrıların olduğunu bildirib. Lakin Çernoqoriya millisinin futbolçusunun avqustun 21-də "Neftçi"yə qarşı oynayıb-oynamayacağı bilinmir.