"Qəbələ"dən qovulmadım, ayrıldım. Çünki..." MÜSAHİBƏ

Bu gün "Qarabağ"la oyundan (0:0) sonra "İnter"in futbolçusu Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Newsport.az saytı Hacıyevin müsahibəsini diqqətinizə çatdırır:

- Oyun barəsində fikirlərini bilmək istərdik...

- Çətin oyun oldu. Rəqibi yaxşı təhlil etmişdik. Bərabər səviyyədə oyun keçdi. Nəticənin ədalətli olduğunu düşünürəm.

 

- Bir xalı komanda üçün sərfəli nəticə hesab edirsən?

- Hələ ki, çempionat indi başlayıb. Oyuna qələbə üçün çıxmışdıq. Ancaq bir xal pis nəticə deyil.

 

 - Havanın isti olması oyununuza təsir etdimi?

- Mən 15-20 dəqiqə oynadım. Mən nələr çəkdimsə onu bir Allah bilir. 90 dəqiqə oynayanlar əziyyət çəkiblər. Hava çox isti idi. Ancaq bu bizim işimizdi. Bizə deyiblər altıda oyna, altıda oynadıq. İkidə oyna desələr ikidə oynayacağıq.

 

- Yenidən "İnter"ə qayıtdın, amma əsas heyətə düşməkdə çətinlik çəkirsən...

- Deməzdim ki, çətinlik çəkirəm. Komandaya yeni gələn biri üçün bu normaldı. Hər şey 2-3 gün ərzində həll olundu. Həm baş məşqçiyə, həm də mənim özümə də vaxt lazımdır ki, uyğunlaşım.

 

- "Qəbələ" ilə toplanış keçdin. Ancaq birdən-birə ayrıldın. Baş məşqçi ilə problemin oldu?

- Yox. Sadəcə ailəmə yaxın olmaq üçün "İnter"i seçdim. Rayon uzaq olurdu.

 

- Avrokuboklarda uğurlu çıxış etsəydiniz "Qəbələ"də qala bilərdinmi?

- Yox. Məni Bakıya qaytaran sadəcə ailəm oldu. Başqa heçnə. Heç bir puldan, məşqçi ilə, prezident ilə problemdən söhbət gedə bilməz. Hər biri ilə münasibətin yaxşı idi. İndi də yaxşıdı.

 

- Əvvəlki Nizami ilə indiki Nizami arasında fərqin olub-olmaması barədə Kaxaber Sxadadze ilə söhbətin olurmu?

- Baş məşqçi məni komandaya dəvət edəndə özü də dedi ki, sənə inanıram, güvənirəm. Sənə ehtiyacım var. İstiyərdim ki, komandamda çıxış edəsən. Həm mənə, həm də komandaya kömək edəsən. Əvəzində mən də sənə kömək edəcəyəm ki, milli komandaya qayıdasan.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right