"Qarabağ"ın müdafiəçisi Admir Telinin Azərbaycan Premyer Liqasının ikinci turunun "Qarabağ" - "İnter" oyunundan sonra Newsport.az saytına müsahibəsi
- Turun ikinci oyununda bir xalla kifayətləndiniz, oyun haqqında fikirlərin...
- Meydanın mərkəzində rəqibə təzyiq göstərə bilmədik. Ümumiyyətlə oyunumuz alınmadı. Müəyyən səhvlərimiz oldu ki, onların ucbatından hesab açılmadı. Gələn oyunlarda bu səhvləri təkrarlamamağa çalışacağıq.
- Bu gün "Qarabağ" meydanda yorğun görsənirdi. Buna səbəb nə idi?
- Belə isti havada mübarizə aparmaq komandanın oyununa maneçilik törədirdi. Məhz bu səbəbdən komanda meydanda yorğun və "dişsiz" görsənirdi.
- İki turdan sonra 1 xal əldə etmisiniz. Bu amil qarşıda sizə problem yaratmayacaq ki?
- Əslində oyuna görə, hələ ki, məğlub olmamışıq. Sadəcə ilk turda texniki səhv üzündən məğlubiyyət aldıq. Düşünmürəm komandanın aktivində 1 xal olması məncə problemli bir şey deyil. Çünki qarşıda hələ bizi gözləyən gərgin 34 tur var.
- Sizi UEFA Avropa Liqasının play-off mərhələsində gərgin mübarizə gözləyir. "Tvente" ilə oyun barəsində nə deyə bilərsən?
- Bu qarşılaşmalar Avroliqa üçün son şansımızdır. Artıq səhvləri bir kənara qoyub, ağlımızı başımıza toplamalıyıq. Bu bizim son şansımızdır. Mütləq qələbə qazanıb qrup mərhələsinə vəsiqə qazanmalıyıq.
İLKİN Sultanlı