Oğuz Çətin komandanın gələcəyindən ümidlidir AÇIQLAMA

Topaz Premyer Liqasının ikinci turunda doğma meydanda “Sumqayıt”la qarşılaşan “Xəzər Lənkəran” rəqibinə minimal hesabla məğlub olaraq yeni mövsümdə qələbəsizlik seriyasını iki oyuna çatdırdı – 0:1.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi doğma meydanda qalib gəlməli olduqlarını bildirib:
 
“Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz vardı. Qələbə qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdır. Biz necə bir komanda olduğumuzu göstərməliyik”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right