Topaz Premyer Liqasının ikinci turunda Lənkərana səfər edən “Sumqayıt” rəqibini 1-0 hesabı ilə məğlub edərək yüz faizlik nəticə ilə turnir cədvəlində ilk pilləni ələ keçirdi.
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov rəqib komandanın onlara nisbətən daha yaxşı çıxış etdiyini bildirib:
“Düzdür, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.