Böyükağa Hacıyev əmin danışdı: "Ehtiyacımız yoxdur" AÇIQLAMA

Topaz Premyer Liqasının 2-ci turunda “Bakı”nı qəbul edən “Neftçi” rəqibini minimal hesabla məğlub edərək mövsümdə ilk qələbəsini qazandı – 1:0.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev qələbə qazanmaq istəklərinə nail olduqlarını bildirib:
 
“”Bakı”nı çempionata buraxılması münasibəti ilə təbrik edirik. “Bakı” bir çox komandalara baş ağrısı olacaq. Avroliqada rəqibimiz olan “Partizan”ın baş məşqçisi oyunumuzu stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdur. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdur”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right