Sxadadze heç-heçəyə şükür etdi AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 2-ci turunun açılış oyununda “İnter” səfərdə “Qarabağ”la qarşılaşdı. 
 
Newsport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Kaxaber Sxadadze 2 oyuna 4 xal toplamaqlarının yaxşı nəticə olduğunu bildirib:
 
“Havanın isti olmasına baxmayaraq, maraqlı oyun oldu. Qol epizodları, mübarizə oldu. Sürətli oyunun olmasına isti hava imkan vermədi. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”a Avroliqada uğurlar arzu edirəm. Ümid edirəm ki, qrup mərhələsinə düşərlər. İki oyunda 4 xal toplamışıq, bu, yaxşı nəticədir. Qarşıdakı oyunlara baxmalıyıq”. 
 
Qeyd edək ki, son ölkə çempionu ilə qolsuz heç-heçəyə nail olan bakılılar xal ehtiyatını 4-ə çatdırdı – 0:0.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right