Uzun zamandır "Xəzər Lənkəran"dan ayrı düşən Sadio Tonkara geri dönür.
Bu barədə Newsport.az saytına klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Onun sözlərinə görə, malili futbolçu avqustun 20-də yenidən komandaya qoşulacaq.
Qeyd edək ki, Türkiyə və Sloveniya kamplarına qoşulmayan Tonkaradan Lənkəran təmsilçisi FİFA-ya şikayət eləmişdi.