“Xəzər Lənkəran”da yeni qapıçı

 

“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmağa yaxındı.Newsport.az saytının məlumatına görə, neçə vaxtdır qapıçı axtarışında olan cənub təmsilçisi rumıniyalı Kristian Balqradeanı transfer edə bilər.

 

26 yaşlı qapıçı müqavilə ilə Buxarest “Dinamo”suna məxsusdu. Onunla digər Azərbaycan klubu “İnter” də maraqlansa da, Kristian cənublularla anlaşmaq üzrədi.

 

Rumıniyanın əsas yığmasında 1 oyun keçirən futbolçu 2010-cu ildən “Dinamo”nun üzvüdü. Bunadək “Minerul”, “Braşov”, “Liberti” və “Arad”da çıxış edən qapıçı Buxarest təmsilçisinə keçdikdən sonra - 2010-cu ildə “Unirea”ya icarəyə verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right