Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də İsrail və 9-da Portuqaliya milliləri ilə qarşılaşacaq 21 yaşlılardan Azərbaycan yığmasının avqustun 17-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək.
Newsport.az saytının məlumatına görə, bş məşqçi Bernard Lippert hazırlıq üçün 23 futbolçuya dəvət göndərib.
Toplanışa dəvət olunan "Araz-Naxçıvan", "Simurq" və "Qəbələ”nin futbolçuları U-21 millimizin düşərgəsinə Topaz Premyer Liqasının II turundan sonra qoşulacaq.
Həmin futbolçuları diqqətinizə çatdırırıq:
Orxan Əliyev, (“Sumqayıt”)
Təvəkkül Məmmədov, (“Sumqayıt”)
Tərzin Cahangirov, (“Sumqayıt”)
Bəhtiyar Həsənalızadə, (“Sumqayıt”)
Andriy Popoviç, (“Sumqayıt”)
Şahrudin Maqomedaliyev, (“Sumqayıt”)
Maqomed Kurbanov, (“Sumqayıt”)
Ceyhun Cavadov, (“Sumqayıt”)
Slavik Alxasov, (“Sumqayıt”)
Urfan Abbasov, (“Qəbələ”)
Elvin Camalov, (“Qəbələ”)
Murad Musayev, (“Qəbələ”)
Ağabala Ramazanov, (“Xəzər Lənkəran”)
Orxan Sadıqlı, (“Xəzər Lənkəran”)
Azər Salahlı, (“İnter”)
Fuad Bayramov, (“İnter”)
Rəşad Eyyubov, (“Simurq”)
Vadim Abdullayev, (“Simurq”)
Azad Kərimov, (“Bakı”)
Tural Hümbətov, (“Araz-Naxçıvan”)
Rəhman Hacıyev, (“Qaziantep BB”, Türkiyə)
Elbəyi Quliyev, (“Ural”, Rusiya)
Bayram Budaqov, (“Dnepr” , Ukrayna)