İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Polşa yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov fərqlənib.
Futbolçularımız avqustun 16-da, Bakı vaxtı ilə saat 14:30-da Bolqarıstan yığması ilə qarşılaşacaq.