Gündüz Abbaszadə: "Onda komanda, yorğun idi, indi dincəliblər" AÇIQLAMA

Az öncə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi"nin "Bakı"ya qarşı oyunda əsas heyətlə mübarizə aparacağını xəbər vermişdik.

Newsport.az saytı olaraq məsələ ilə bağlı klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi də komandanın sabah keçiriləcək qarşılaşmada əsas heyətlə mübarizə aparacaqlarını bildirib.

Mətbuat katibi Naxçıvana ikinci heyətlə yollanıb, "Bakı"ya qarşı əsas heyətlə mübarizə aparmaqlarının səbəbini də izah edib:

"Araz-Naxçıvan"a qarşı oyundan öncə "Çixura" səfərindən dönmüşdük. Oyunçularımız ağır və gərgin oyun keçirmişdilər. Bu səbəbdən Naxçıvana ikinci heyətlə yollandıq. Sabahkı oyunda isə əsas heyətlə mübarizə aparacağıq. "Araz-Naxçıvan"a qarşı oyunda komanda yorğun idi, indi isə dincəliblər. Məşqçilər korpusunun da qərarına əsasən sabah əsas heyətin üzvləri meydanda olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right