AFFA "Neftçi"nin futbolçusunun cəzasını azaltdı

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. 
 
Newsport.az saytının məlumatına görə, iclasda “Neftçi”nin futbolçusu Elvin Yunuszadə barədə müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
 
 AFFA-nın İntizam Komitəsinin “Neftçi”ni futbolçusu Elvin Yunuszadə barədə çıxardığı 20.05.2014-cü il tarixli qərar qismən dəyişdirilsin. Futbolçu Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right