Millimizin oyunları İdman Azərbaycan kanalı göstərməyəcək

Gələn ay start götürəcək AÇ-2016-nın seçmə mərhələsində mübarizə aparacaq millimizin oyunları artıq AZTV və “İdman Azərbaycan”da göstərilməyəcək.

Newsport.az saytının məlumatına görə, yayım hüququ bu iki telekanaldan alınaraq, İTV-ə verilib. Futbol plus qəzetinə açıqlamasında İTV-nin əməkdaşı Elman Himayətoğlu da bu məlumatı təsdiqləyib və bunun səbəbini də açıqlayıb:

“Avropa Yayın Birliyi AÇ-2016-nın yayın hüququnu alıb. 70-dən artıq üzvü olan ittifaqın ölkəmizdəki yeganə tərəfdaşı İctimai Televiziya və Radio Yayımları Şirktidi. Buna görə də seçmə mərhlənin oyunlarını göstərmək hüququ İTV-yə verilib. Oyunları yüksək səviyyədə təqdim etmək üçün lazımı şərait var. Hər hansı problem yaranmayacağını söyləmək olmaz”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right